Ərdoğan Kiyevi dəstəklədi – “Ukrayna mütləq iştirak etməlidir”

“Müharibəni dayandırılması üçün istənilən danışıqlarda Ukrayna mütləq iştirak etməlidir”.

Feb 25, 2025 - 16:13
Ərdoğan Kiyevi dəstəklədi – “Ukrayna mütləq iştirak etməlidir”

SAVASHMEDİA.az “France-Presse” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan deyib.

““(Əgər – red.) biz yeni prosesdən nəticə əldə etmək istəyiriksə, Ukrayna mütləq bu prosesə qoşulmalı və qarşılıqlı danışıqlar yolu ilə bu müharibə dayandırılmalıdır”, - deyə Ərdoğoğan bildirib. 

Türkiyə prezidenti həmçinin amerikalı həmkarının Rusiya-Ukrayna müharibəsinə son qoymaq təşəbbüsünü dəstəklədiyini vurğulayıb.

“Prinsip etibarı ilə biz cənab Trampın müharibəni danışıqlar yolu ilə bitirmək istəyini alqışlayırıq. Amma burada mühüm bir məqamı nəzərdən qaçırmaq olmaz. Ədalətli və davamlı sülhə gedən yol ancaq bütün müvafiq tərəflərin təmsil olunduğu bərabərlik düsturu ilə açıla bilər", - Ərdoğan vurğulayıb.

Ötən həftə Ərdoğan deyib ki, Ankara potensial sülh danışıqları fonunda Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edir. O, həmçinin hesab edir ki, Türkiyə sülh danışıqları apamaq üşün ən yaxşı yerdir. 

Xatirə SADİQ