Türkiyəli aktyor faciəvi şəkildə həlak oldu – Qəzanın ANBAAN VİDEOSU

Türkiyənin və “Yeşilçam”ın ustad aktyorlarından Engin Çağlar faciəvi şəkildə həlak olub.

Nov 1, 2025 - 13:45
Türkiyəli aktyor faciəvi şəkildə həlak oldu – Qəzanın ANBAAN VİDEOSU

SAVASHMEDİA.az xəbər verir ki, ustad aktyor İstanbulun Şişli rayonunda yolu keçmək istəyərkən onu motosiklet vurub. Ərazidəki vətəndaşlar təcili tibbi yardım və polis çağırıblar. 

E.Çağlar xəstəxanaya aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, 85 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Sənətçinin faciəvi ölümü Türkiyənin incəsənət xadimlərini yasa boğub. Film-San Vakfı E.Çağların ölümü ilə bağlı başsağlığı mesajı yayıb.

Qeyd edək ki, əsl adı Çağlan Övet olan Engin Çağlar 1940-cı ildə İstanbulda anadan olub. 1960-1970-ci illərdə türk kinosunun ən məşhur aktyorlarından biri kimi tanınıb. Türkan Şoray, Hülya Koçyiğit, Fatma Girik kimi Yeşilçam əfsanələri ilə bir çox filmdə rol alıb. “Kadın Değil Baş Belası”, “Kınalı Yapıncak”, “Feride”, “Makber”, “Rüyalar Gerçek Olsa” kimi filmlərdə baş rolu ifa edib.

Banu

Fotoda: Engin Çağlar