Rusiyaya qarşı 19-cu sanksiyalar paketi bazar ertəsi təqdim ediləcək

Avropa İttifaqı (Aİ) sentyabrın 15-də Rusiya əleyhinə yeni sanksiyalar paketini təqdim edəcək. 

Sep 12, 2025 - 16:04
Rusiyaya qarşı 19-cu sanksiyalar paketi bazar ertəsi təqdim ediləcək

SAVASHMEDİA.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro “France İnter”in efirində deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampla əlaqələndirilmiş şəkildə hazırlanmış tədbirlər “Rusiyaya nəhəng təzyiq göstərəcək”.

“Bazar ertəsi Aİ yeni sanksiyalar paketini təqdim edəcək. Bu, Donald Tramp Ağ Evə qayıtdıqdan sonra ilk dəfə olaraq onunla birbaşa əlaqələndiriləcək”, - deyə fransalı nazir vurğulayıb. 

Barronun sözlərinə görə, restriksiyalar ilk növbədə Moskvanı atəşkəslə razılaşmağa “məcbur etmək” məqsədi daşıyır. 

Xatırladaq ki, Aİ 2025-ci ilin iyulunda Rusiyaya qarşı 18-ci sanksiya paketini tətbiq edib. O zaman paketə Rusiyaya sənaye malları tədarük edən üçüncü ölkələrin şirkətləri daxil edilib.

Xatirə SADİQ