Tusk amerikalı adaşını təkzib etdi - “Bu, səhvən olmayıb”
Polşanın baş naziri Donald Tusk ABŞ prezidenti Donald Trampın rus dronlarının Polşaya səhvən soxulması barədə açıqlamasına cavab verib.
SAVASHMEDİA.az xəbər verir ki, Tusk amerikalı adaşına cavabı X sosial şəbəkəsində yazıb.
“Biz də inanmaq istərdik ki, Polşaya dron hücumu səhvən olub. Amma bu, belə deyil. Və biz bunu bilirik”, - deyə baş nazir lakonik şəkildə vurğulayıb.
Xatirə SADİQ