“Putinin “əlbəttə, mən Zelenski ilə görüşərəm” deməsi nailiyyətdir” - Rubio

ABŞ dövlət katibi Marko Rubio prezident Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətindən bəhs edib.

Aug 19, 2025 - 14:33
“Putinin “əlbəttə, mən Zelenski ilə görüşərəm” deməsi nailiyyətdir” - Rubio

SAVASHMEDİA.az xəbər verir ki, Marko Rubio bu barədə  Fox News telekanalına müsahibəsində danışıb. 

Onun sözlərinə görə, tərəflər sülhə nail olmaq üçün yüksək vəzifəli şəxslər səviyyəsində Rusiya və Ukrayna sammitini müzakirə ediblər və sonra ABŞ də onlara qoşula bilər.

“Bəli, mən Trampla otaqda idim. Və həmin söhbətin gedişində prezident Zelenski və Putinin görüşməsini təklif etdi. Ona görə də biz indi onlar üçün haradasa görüş təşkil etmək üzərində işləyirik, bu, yenə də görünməmiş hadisə olacaq. Və əgər hər şey yaxşı gedərsə, ümid edirəm ki, növbəti görüş prezidentlər Putin, Tramp və Zelenski arasında olacaq. Orada biz saziş bağlamağa ümid edirik. Biz hələ bu məqsədə nail olmamışıq, amma bu can atdığımızdır və bu gün müzakirə olunan məsələlərdən biridir”, - Dövlət Departamentinin rəhbəri bildirib. 

Rubio hesab edir ki, Putinin “əlbəttə, mən Zelenski ilə görüşərəm” deməsi artıq böyük nailiyyətdir. 

“Mən demirəm ki, onlar bu otaqdan ən yaxşı dost kimi çıxacaqlar. Mən demirəm ki, onlar bu otaqdan sülh müqaviləsi ilə çıxacaqlar. Amma düşünürəm ki, vacib olan insanlar indi bir-birləri ilə danışırlar, bu üç il yarım ərzində olmayıb”, - deyə Amerika diplomatiyasının rəhbəri əlavə edib. 

Xatirə SADİQ