4 polisin həlak olduğu qəzadan VİDEO

Sentyabrın 12-si saat 05 radələrində Culfa rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Sep 12, 2025 - 16:31
4 polisin həlak olduğu qəzadan VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, qəzada 4 polis əməkdaşı həlak olub.

Həlak olan şəxslər Quliyev Qüdrət Qasım oğlu, Adnınsoy Uğur Emin oğlu, Abbasov Səbri Mövla oğlu və Əliyev İlham Elnur oğludur.

Hadisənin yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsindən baş verdiyi ehtimal edilir.

Videogörüntünü  təqdim edirik: