Bakının mərkəzində beşmərtəbəli bina YANIR

Bakının Nərimanov rayonunda, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli bina yanır.

Feb 15, 2025 - 14:52
Bakının mərkəzində beşmərtəbəli bina YANIR

Bu barədə SAVASHMEDİA.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.