Bakıda ev yandı, üç nəfər öldü - Biri uşaqdır

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. 

Mar 18, 2025 - 18:21
Bakıda ev yandı, üç nəfər öldü - Biri uşaqdır

Bu barədə SAVASHMEDİA.az-a FHN-dən bildirilib.

Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1-i uşaq olmaqla 3 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.