PKK Öcalanın çağırışına "hə" dedi - Silahlar yerə qoyulur

PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb.

Mar 1, 2025 - 10:09
PKK Öcalanın çağırışına "hə" dedi - Silahlar yerə qoyulur

SAVASHMEDİA.az “Hürriyet”ə istinadən xəbər verir ki, açıqlamada terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın çağırışına əməl olunacağı vurğulanıb.

“Çağırışın məzmunu ilə olduğu kimi razıyıq və çağırışın tələblərinə öz tərəfimizdən əməl edəcəyimizi və həyata keçirəcəyimizi bildiririk. Biz atəşkəsin bu gün qüvvəyə mindiyini elan edirik”, - PKK “İcraiyyə Komitəsi”nin məlumatında vurğulanıb.