Trampın Qrenlandiya arzusu qəbuledilməz adlandırıldı

Avropa İttifaqı (Aİ) digər ölkələrin onun sərhədlərinə hücum etməsinə imkan verməyəcək.

Jan 8, 2025 - 15:24
Trampın Qrenlandiya arzusu qəbuledilməz adlandırıldı

SAVASHMEDİA.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını şərh edərkən deyib. 

Barronun sözlərinə görə, heç bir ölkə tərəfindən bu cür hücumlar qəbuledilməzdir.

“Əlbəttə, kimliyindən asılı olmayaraq, Aİ-nin öz suveren sərhədlərinə hücum etməsinə imkan verməsi variant deyil. Biz güclü qitəyik”, - deyə fransız nazir əlavə edib.

Qeyd edək ki, Qrenlandiya Aİ-nin üzvü deyil, lakin xaricdəki ölkələr və ərazilər üçün xüsusi assosiasiya sazişi vasitəsilə bu birliklə bağlıdır.

Xatırladaq ki, ötən ilin sonunda Donald Tramp Qrenlandiyaya sahibliyin və nəzarətin həlledici olduğuna dair “Truth Social” səhifəsində yazdı. Yanvarın 7-də keçirdiyi mətbuat konfransında seçilmiş president Qrenlandiya və Panama kanalına nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadəni istisnadan imtina etdi. 

Danimarkanın baş naziri Mette Frederiksen bildirib ki, Qrenlandiya öz sakinlərinə məxsusdur. 

Xatirə SADİQ