Roma Papası Putini və Zelenskini Vatikana çağırdı - "Burada danışın"
Roma Papası XIV Leo Ukrayna-Rusiya danışıqları üçün Vatikanı məkan kimi təklif edib.
SAVASHMEDİA.az “La Stampa” nəşrinə istinadən xəbər verir ki, bunu Vatikanın dövlət katibi kardinal Pietro Parolin deyib.
Onun sözlərinə görə, papa bu qərara İstanbuldakı görüşün arzuolunan nəticəyə gətirib çıxarmayacağı məlum olduqdan sonra gəlib.
Vatikanın dövlət katibi qeyd edib ki, İstanbuldakı görüşlərin nəticəsi “faciəli”dir, çünki hər kəs bəlkə də yavaş-yavaş, lakin münaqişənin sülh yolu ilə həlli ilə bağlı danışıqlar prosesinin başlayacağına ümid edirdi, bunun əvəzində isə danışıqlar yenidən “başa döndü”.
Xatirə SADIQ