Starmerin evini düşmən dövlət yandırıb? – “The Telegraph”

Böyük Britaniyanın terrorla mübarizə polisi baş nazir Kir Starmerin əmlakının yandırılmasının arxasında düşmən dövlətin ola biləcəyi ehtimalını araşdırır. 

May 14, 2025 - 15:21
Starmerin evini düşmən dövlət yandırıb? – “The Telegraph”

SAVASHMEDİA.az bu barədə “The Telegraph” nəşrinə istinadən xəbər verir. 

Hüquq-mühafizə orqanları yanğının ifrat solçu, sağçı terrorçular və ya islamçılar tərəfindən törədildiyi versiyaları da nəzərdən keçirir. Hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəllər Kir Starmerə məxsus avtomobili yandırmış (seçkilərdən sonra onu qonşuya satıb – red.) və həmçinin evinə “molotov kokteyli” atmış ola biləcək 21 yaşlı gənci saxlayıb və dindiriblər. Saxlanılan şəxsin milliyyəti açıqlanmır. 

Nəçr qeyd edir ki, baş nazirin ailəsinin evinə hücum Britaniyada yaşayan 6 nəfər bolqardan ibarət qrupun Rusiyaya casusluq əməliyyatında iştirakına görə uzunmüddətli həbs cəzasına məhkum olunduğu günə təsadüf edib.

Xatirə SADIQ