İran "qonşu ölkələrdən birini" RƏSMƏN HƏDƏLƏDİ - "Darmadağın edəcəyik"
İran ad çəkmədən qonşusu olan ölkələrdən birini sərt şəkildə təhdid edib.
SAVASHMEDİA.az xəbər verir ki, belə bir bəyanatla İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf çıxış edib.
O, bildirib ki, onlarda "qonşu ölkələrdən birinin" İran əleyhinə təxribatçı fəaliyyətə başlamasına dair məlumatlar var. Belə ki, rəsmi tehranın düşmənləri bölgədəki bir qonşu ölkənin dəstəyi ilə İranın adalarından birini işğal etmək üçün əməliyyat hazırlayır.
O, həmin ölkənin bütün hərəkət və planlarının nəzarət altında olduğunu deyib. Eyni zamanda əlavə edib ki, İran Silahlı Qüvvələri nəzərdə tutulan təxribatın qarşısını almaq üçün tam səfərbər olunublar.
Qalibaf həmin ölkənin bütün həyati əhəmiyyətli infrastrukturunun darmadağın ediləcəyini bəyan edərək adı çəkilməyən dövlətə son xəbərdarlığını edib.
Oğuz