Zurabişvili Sandu ilə danışdı - Ortaq dərd birləşdirir
Gürcüstan Prezidenti Salome Zurabişvili moldovalı həmkarı Maya Sandu ilə telefonda danışıb.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu məlumatı Gürcüstan prezidentinin administrasiyası yayıb.
Telefon danışığı zamanı xanım prezidentlər Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı məsələni müzakirə ediblər.
Xatırladaq ki, Moldovada prezident seçkiləri və referendum oktyabrın 20-də keçirilib. Avropa İttifaqına inteqrasiyanın ölkə Konstitusiyasında təsbit olunmasına razılıq verən moldovalılar prezident seçkilərinin taleyini ikinci tura saxlayıblar. Maya Sandu böyük fərqlə ikinci tura adlayıb.
Seçkilərdən sonra Maya Sandu Rusiyanı ölkəsinə qarşı hibrid müharibəsi aparmaqda və xalqının avrointeqrasiya istəyinə əngəl törətməyə cəhdlər etməkdə ittiham edib.
Xatirə SADİQ