Lukaşenko hökumət başçısını dəyişdirdi
Belarus prezidenti Aleksandr Lukaşenko hökumətin yeni başçısını təyin edib.
SAVASHMEDİA.az “BelTA” agentliyinə istinadən xəbər verir ki, yeni baş nazir Aleksandr Turçindir.
Bundan öncə baş nazir vəzifəsini Roman Qolovçenko tuturdu. Belarus prezidenti onu Milli Bankın idarə heyətinin sədri təyin edib.
1975-ci ilin iyulunda Novoqrudokda (Qrodno vilayəti) anadan olan Turçin 2002-ci ildə Belarus Dövlət İqtisad Universitetini, 2009-cu ildə isə Belarus Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
O, 2019-cu ildən Minsk Regional İcraiyyə Komitəsinin sədri vəzifəsində idi.
Xatirə SADİQ