Tahir Əmiraslanovu Şuşadakı tədbirdən kimlər və necə qovub? - Özü hər şeyi danışdı 

Bir neçə gündür, Azərbaycanın Milli Kulinariya Mərkəzininkeçmiş baş direktoru Tahir Əmiraslanov Şuşadakı tədbirdən qovulması müzakirə olunur.

Mar 10, 2025 - 15:09
Tahir Əmiraslanovu Şuşadakı tədbirdən kimlər və necə qovub? - Özü hər şeyi danışdı 

SAVASHMEDİA.az xəbər verir ki, məsələni ilk dəfə Rusiyada yaşayan əslən azərbaycanlı, dünya şöhrətli kulinar Stalik Xankişiyev sosial şəbəkə hesabındakı paylaşımla gündəmə gətirib.

Məhz bundan sonra Tahir Əmiraslanovun Prezident tərəfindən şiddətli töhmət alan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Şuşada keçirilən ilk kulinariya festivalından qovulması müzakirələrə səbəb olub. 

Tahir Əmiraslanov mövzu ilə bağlı teleqraf-a geniş müsahə verib. Həmin müsahibədən kiçik çıxarışı təqdim edirik:

Əslində nə və necə baş verib? 

"Mənimlə düşmənçilik Fuad Nağıyev Dövlət Turizm Agentliyinə sədr təyin olunan gündən başlamışdı. Bundan əvvəl o, Turizm Bürosuna rəhbər gələndən mübahisələrimiz olmuşdu.

Həmin hadisəyə gəlincə, məni Şuşada keçirilən ilk kulinariya festivalına buraxmaq istəmirdilər, Stalik Xankişiyev və xaricdən gələn digər kulinarlar dedi ki, Tahir müəllim getmirsə, biz də getməyəcəyik. Ona görə bir gecə gedib Şuşada qaldım.

Səhəri Fuad Nağıyev, Turizm Bürosunun Qastronomiya turizminin idarəedilməsi departamentinin direktoru Səkinə Əsgərova və sədr müavini Azadə Hüseynova gəldilər və məni oradan uzaqlaşdırdılar. Stalik etiraz edərək yuxarı instansiyalara müraciət etdi. 44 günlük Vətən Müharibəsi zamanı orduda olmayan, Azərbaycan mətbəxinə lağ edən, əleyhimizə dünya təşkilatlarına yazanların arxasında dayanan Fuad Nağıyev, onun emissarları Səkinə Əsgərova və Azadə Hüseynova yenidən mənə təzyiq göstərdilər".

Oğuz