“Trampla Putinin telefon əlaqəsi tez-tez olmur" - Kremlin sözçüsü
“Hələlik Donald Tramp və Vladimir Putin arasında az təmas olub, onlar ünsiyyət qurmaq üçün yolun başlanğıcındadırlar”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bilirsiniz ki, onların telefon əlaqəsi o qədər də tez-tez olmur. Əslində, bu prezident iterasiyası zamanı bir dəfə telefon danışığı olub. Amma buna baxmayaraq, dialoqda olmaq və problemləri həll etmək üçün kifayət qədər konstruktivdir. Biz ikitərəfli münasibətlərimizi bərpa etmək üçün yolun ilkin mərhələsindəyik. Qarşıda kifayət qədər uzun və çətin yol var, lakin ən azı iki prezident bu istiqamətdə siyasi iradə ifadə edib”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Amerikalı prezidentin rusiyalı həmkarı ilə telefon danışığı fevralın 12-də baş tutub. Putinlə Trampın əsas söhbəti Ukrayna nizamlanması və Rusiya-Amerika münasibətlərindəki problemlər olub. Dövlət başçıları da şəxsən görüşmək barədə razılığa gəliblər, lakin tarix və yer hələ müəyyən edilməyib.
Bundan sonra isə fevralın 18-də ABŞ və Rusiya nümayəndə heyətləri Ər-Riyadda və İstanbulda danışıqlar aparıblar. Bu yaxında isə Rusiya Vaşinqtona yeni səfirini təyin edib.
Xatirə SADİQ