“Ruslara cəhənnəm sanksiyaları tətbiq etməliyik” - respublikaçı senator
Amerikalı senator Lindsi Grem Rusiyaya qarşı sanksiyalarla bağlı yeni qanun layihəsi hazırlayır.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, respublikaçı senator layihəni bu həftə təqdim etməyi planlaşdırır.
Senatorun sözlərinə görə, sanksiyalar Rusiyanın bank və energetika sektorlarına təsir edəcək və Rusiyanı danışıqlar masasına oturmağa vadar etmək məqsədi daşıyır.
“Əgər onlar atəşkəs və administrasiya ilə sülh danışıqlarına razı olmasalar, biz onlara qarşı cəhənnəm sanksiyaları tətbiq etməliyik”, - deyə Qrem vurğulayıb.
Xatirə SADİQ