“İranda vurulacaq hədəf qalmayıb” - Tramp
ABŞ prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatların son mərhələyə yaxınlaşdığını bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Trampın sözlərinə görə, müharibə tezliklə başa çata bilər, çünki artıq hədəf alınacaq obyektlərin sayı demək olar ki, qalmayıb.
ABŞ prezidenti bildirib ki, həyata keçirilən zərbələr nəticəsində İranın hərbi və strateji imkanları ciddi şəkildə zəiflədilib.
“İran artıq məğlubdur, məsələ demək olar ki, həll edilib. İranın müqavimət gücü demək olar ki, qalmayıb. Biz onların hər şeyini sıradan çıxarmışıq”, – deyə Tramp qeyd edib.
Axios-un məlumatına görə, Vaşinqtonda da əməliyyatların yaxın müddətdə yekunlaşa biləcəyi barədə müzakirələr aparılır.
Aytən