ABŞ-dən bu ölkələrlə bağlı QƏRAR – Tam qadağa qoyuldu
ABŞ 7 ölkəyə qadağa qoyub.
SAVASHMEDİA.az Ağ Evin yaydığı bəyanata istinadən xəbər verir ki, Burkina-Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leone vətəndaşlarının ABŞ-yə girişinə tam qadağa qoyulub.
Həmçinin bəyanatda bildirilib ki, Vaşinqton Türkmənistan vətəndaşları üçün qeyri-immiqrasiya vizalarının verilməsinə qoyulmuş qadağanı ləğv etmək, lakin immiqrasiya vizaları üzrə məhdudiyyəti qüvvədə saxlamaq qərarına gəlib. Anqola, Antiqua və Barbuda, Benin, Kot-d'İvuar, Dominika, Qabon, Qambiya, Malavi, Mavritaniya, Nigeriya, Seneqal, Tanzaniya, Tonqa, Zambiya və Zimbabve vətəndaşları üçün viza verilməsinə qismən məhdudiyyətlər tətbiq olunub.
Banu