Britaniyanın qapıları bu rusiyalıların üzünə bağlanır
Böyük Britaniya hökuməti Rusiya “elitasına” qarşı yeni şəxsi sanksiyalar elan etməyə hazırlaşır.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Agentlik yazır ki, Londonda bu gün elan ediləcək yeni sanksiyalara əsasən, Rusiya Federasiyasına əhəmiyyətli dəstək verən və ya sərvətini Rusiyaya borclu olan şəxslərin Britaniyaya girişi qadağan olunacaq.
Rusiya hakimiyyətinin ən yüksək eşelonlarına çıxışı olan şəxslər də qadağa altına düşəcəklər. Onlara bəzi yüksək vəzifəli siyasətçilər, hökumət məmurları və iş adamları daxil ola bilər.
Yeni tədbirlər prezident Putinin hərbi hərəkətlərini dəstəkləyən Rusiya “elitaları”na qarşı Böyük Britaniyanın mövcud sanksiyalarını tamamlayacaq.
Xatirə SADİQ