Trampın və Epşteynin görüntüləri Vindzor qəsrinin divarlarında işıqlandırıldı
ABŞ prezidenti Donald Trampın və həbsxanada intihar etmiş amerikalı maliyyəçi Ceffri Epşteynin videogörüntüləri Ağ Evin başçısının gəlişi ərəfəsində Vindzor qəsrinin divarlarında qoşa işıqlandırılıb.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, ABŞ prezidenti Britaniyaya səfəri zamanı Kral Çarlzla məhz Vindzor qəsrində görüşməlidir.
Bu hadisədən sonra çərşənbə axşamı dörd nəfər həbs edilib.
Qeyd edək ki, Tramp xanımı ilə Böyük Britaniyada rəsmi səfərdədir.
Ceffri Epsteyn iki ABŞ prezidenti – Bill Klinton və Donald Trampla, həmçinin Britaniya şahzadəsi Endrü ilə dostluq edib. Maliyyəçi 2019-cu ildə Nyu York həbsxanasında intihar edib. Onu insan alveri ittihamı ilə məhkəmə prosesi gözləyirdi.
Xatirə SADİQ