“Rusiyanı bu xəttə yaxınlaşdığına görə qınayacağam” - Donald Tramp
ABŞ prezidenti Donald Tramp Rusiya pilotsuz uçuş aparatlarının Polşanın hava məkanına soxulmasının “səhv” ola biləcəyini bildirib.
SAVASHMEDİA.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu amerikalı president Ağ Evdə jurnalistlərə deyib.
“Bu, səhv ola bilərdi. Amma buna baxmayaraq, bütün bu vəziyyətlə əlaqəli baş verənlərdən razı deyiləm. Amma ümid edirəm ki, hər şey bitəcək”, - Tramp vurğulayıb.
ABŞ dövlət başçısı əlavə edib ki, o, Rusiyanı “hətta bu xəttə yaxınlaşdığına görə” qınayacaq.
Onun sözlərinə görə, bu, onun xoşuna gəlmir: “Mən bundan məmnun deyiləm”.
Xatirə SADİQ