Boşananların sayı azalıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul aylarında 27509 nikah və 12146 boşanma halları qeydə alınıb.

Sep 12, 2025 - 12:00
Boşananların sayı azalıb

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 4,6-ya qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.