Saat 10-da bu rayonda qaz kəsiləcək - XƏBƏRDARLIQ!

Bu gün paytaxtın Səbail rayonunun bəzi ərazilərində qaz olmayacaq.

Dec 17, 2025 - 08:58
Saat 10-da bu rayonda qaz kəsiləcək - XƏBƏRDARLIQ!

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, saat 10:00-dan etibarən Səbail rayonu, 20-ci Sahədə tənzimləyicinin təmiri və siyirtmənin yenisi ilə əvəzlənməsi ilə əlaqədar bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.