Ucal Şəkiyə bir gün əvvəl gəlibmiş - Ölüm çağırışı?
Ötən gün Şəkidə yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanatın trosunun qırılması nəticəsində iki nəfər həyatını itirib.
SAVASHMEDİA.az xəbər verir ki, ölən şəxslərdən biri olan Ucal Asif oğlu Bayramov faciədən cəmi bir gün əvvəl evliliyinin birinci ildönümünü qeyd edibmiş.
Onun Şəkiyə, bir gün öncə evliliyinin bir ilini qeyd etmək məqsədilə getdiyi bildirilir.
Qeyd edək ki, hadisə nəticəsində Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov və 27 yaşlı Bayramov Ucal Asif oğlu hadisə yerində ölüblər.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.