Hava kəskin dəyişir: yağış, dolu, qar... - TARİXLƏR
Mayın 5-7-də Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran) yağıntının intensivləşəcəyi, 5-6-da qısa müddətə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.