Azərbaycanda "prava" olmadan avtomobil sürməyin cəriməsi nə qədərdir?
Azərbaycanda nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimələr sonuncu dəfə 2024-cü ildə artırılıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, son dəyişiklikdən sonra cərimənin məbləği 100 manatdan 200 manatadək artırılır.
Daha bir dəyişikliklə Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə təyin olunmuş cərimənin məbləği 300 manatdan 400 manata qaldırılıb.
Oğuz