Sərxoş vəziyyətdə avtomobil idarə etmək - Cəriməsi nə qədərdir?
Sərxoş vəziyyətdə avtomobil idarə etməyin cəriməsi nə qədərdir?
SAVASHMEDİA.az bununla bağlı mövcud olan cərimə tariflərini təqdim edir.
Əgər sürücünün nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə etməsi aşkarlanarsa, İnzibai Xətalar Məcəlləsinin 333.1 maddəsinə əsasən onu 400 AZN cərimə və 5 cərimə balı gözləyir, və ya 6 aydan 12 aya qədər sürücülük vəsiqəsi məhdudlaşdırılır".
Qeyd edək ki, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi zamanı nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
Oğuz