Ərdoğan gələn ay Trampla görüşmək istəyir - “Bloomberg”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan apreldə Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşməyi planlaşdırır və artıq onun təşkili üzərində işləyir.

Mar 18, 2025 - 12:49
Ərdoğan gələn ay Trampla görüşmək istəyir - “Bloomberg”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberq” məlumat yayıb. 

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Ərdoğan Ankara ilə Vaşinqton arasında strateji tərəfdaşlığın gücləndirilməsini regional sabitlik üçün mühüm hesab edir. Çünki Türkiyə Ukraynadan Suriyaya kimi məsələlərdə aparıcı vasitəçi olmağa çalışır.

Ərdoğan administrasiyası şərh verməkdən imtina edib.

Bazar günü Trampla telefon danışığı zamanı Ərdoğan amerikalı həmkarını Türkiyə müdafiə sənayesinə tətbiq etdiyi sanksiyaları ləğv etməyə çağırıb. Tramp bunu birinci prezidentlik dönəmində Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin aldığı üşün Türkiyəyə tətbiq etmişdi. 

Ərdoğan həmçinin Türkiyənin F-35 qırıcıları proqramına yenidən daxil edilməsini və yeni F-16-ların satışı ilə bağlı razılaşmanın yekunlaşdırılmasını istəyib.

Xatirə SADİQ