“Gürcüstan bütün qanun pozuntularını araşdırmalıdır” – NATO

NATO Gürcüstan hakimiyyətini oktyabrın 26-da keçirilmiş parlament seçkiləri zamanı baş vermis bütün qanun pozuntularını araşdırmağa çağırıb.

Oct 28, 2024 - 15:42
“Gürcüstan bütün qanun pozuntularını araşdırmalıdır” – NATO

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu NATO sözçüsü Fara Daxlalla deyib. 

Onun sözlərinə görə, beynəlxalq müşahidə missiyası Gürcüstanda qeyri-bərabər seçki şəraitininə diqqəti cəlb edib. “Bu da ictimaiyyətin nəticələrə inamını sarsıdır. Seçki pozuntuları ilə bağlı məlumatlar tam şəkildə araşdırılmalıdır”, - deyə NATO-nun bəyanatında bildirilib. 

Xatirə SADİQ