“Putin əlavə vaxta layiq deyil” - Riçard Blumental
ABŞ senatoru Riçard Blumental sanksiyalar haqqında qanun layihəsinin tezliklə Konqresdə səsverməyə çıxarılmasının vacib olduğunu bildirib.
SAVASHMEDİA.az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir.
Blumentalın sözlərinə görə, Kreml lideri Vladimir Putin “əlavə vaxta layiq deyil”.
“Mən razılaşıram ki, Vladimir Putin əlavə vaxta layiq deyil və bizə sanksiyalar haqqında qanun layihəsinə səsverməni sürətləndirmək lazımdır. Prezidentin (Tramp – red.) etdiyi hər şey düzgün istiqamətdədir, lakin mən sanksiyaların 100% yox, 500% olmasını qətiyyətlə müdafiə edirəm”, - deyə senator vurğulayıb.
Blumental qanun layihəsinə səs vermək üçün “məqamdan istifadə etməyi” təklif edir. Onun fikrincə, Senatda qanun layihəsinin 85 tərəfdarı var və lazım gələrsə, 90 səs toplana bilər.
“Düşünürəm ki, səsvermə tamamilə müyəssər və zəruri məqsəddir. Məhz indi təkcə prezidentin sərəncamına görə deyil, həm də qanunvericilik təşəbbüsü sayəsində prezidentlə Konqres arasında birlik nümayiş etdirmək üçün hərəkətə keçməyin vaxtıdır. Biz Ukrayna ilə bağlı öhdəliyimizi yerinə yetirdiyimizi göstərmək üçün bu qanuna səs verməliyik”, - deyə senator əlavə edib.
Blumental onu da diqqətə çatdırıb ki, Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi müharibənin dayandırılmasına kömək edəcək: “Putin bunu başa düşməlidir”.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları dayandırması üçün verdiyi yeni müddətin iyulun 29-dan etibarən 10 gün olduğunu açıqlayıb.
Xatirə SADİQ