İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində nöqsan - Cərimələndi

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar törətdiyinə görə cərimələnib.

Oct 28, 2024 - 16:10
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində nöqsan - Cərimələndi

Məlumata görə, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xidmət barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Səbail Şəhər Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş Xidmət ilə bağlı müraciətə baxılıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Protokol tərtib olunan maddədə deyilir ki, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.