Trampın reytinqi düşüb - Sorğu nəticələri

Reuters-in sorğu nəticələrinə görə, ABŞ-də prezident Donald Trampın reytinqi inauqurasiyadan bəri ən aşağı səviyyəyə düşüb.

Oct 29, 2025 - 21:41
Trampın reytinqi düşüb - Sorğu nəticələri

SAVASHMEDİA.az-ın xəbərinə görə, Trampın amerikalılar arasında bəyənilmə reytinqi 40%-ə düşüb. Oktyabrda bu göstərici 42% təşkil edirdi.

Sorğu nəticələrinə görə, amerikalıların 57%-i Trampın siyasətini bəyənmir. ABŞ vətəndaşları ən çox Amerika liderinin məişət xərclərini idarə etməsindən narazıdırlar (respondentlərin 63%-i onun hərəkətlərindən narazıdır).

Bir çox amerikalılar da hökumətin uzunmüddətli bağlanmasından xüsusilə narahat olmadıqlarını söyləyib. Respondentlərin 29 faizi laqeyd və hətta məmnun olduqlarını bildirib. Digər 20% qəzəbləndiyini, təxminən 50% isə qıcıqlandığını bildirib.

Agentlik qeyd edib ki, demokratlar maliyyələşdirmə qanunlarına mane olur və ilin sonunda başa çatacaq tibbi sığorta subsidiyalarının davam etdirilməsində israrlıdırlar. Hazırda ABŞ Konqresində çoxluğa sahib olan respublikaçılarla əsas mübahisə məqamlarından biri də budur.

Sorğuya əsasən, respondentlərin 73%-i subsidiyaların uzadılmasını dəstəkləyir.

Aytən