“Rusiya Avropa ilə vuruşur” - Andriy Sibiqa
“Təcavüzkar dövlət Rusiya qəsdən Polşa və Estoniyaya qarşı təxribatlar həyata keçirib və bu ölkələrin hava məkanında baş verən hadisələrin heç biri təsadüfi olmayıb”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu sentyabrın 22-də Estoniya tərəfindən çağırılan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında Ukraynanın xarici işlər naziri Andriy Sybiqa deyib. Onun çıxışı BMT-nin saytında dərc olunub.
“Rusiyanın təxribatları ilə qarşılaşacaq növbəti hansı ölkə olacaq? Məntiq sadədir. Rusiya hamını öz qaydaları ilə oynamağa məcbur etmək üçün vəziyyəti gərginləşdirir. O, hamıya “cəngəllik qanunu”nu sırımaq istəyir: güclülərin haqqı. Bizim məqsədimiz bunun əksidir. Biz Rusiyanı öz qaydalarımıza uyğun oynamağa məcbur etməliyik. [...] Onlar BMT Nizamnaməsi adlanır”, - deyə Sibiqa vurğulayıb.
Ukrayna XİN-nin başçısı diqqətə çatdırıb ki, Avropa Rusiya ilə döyüşmür, amma Rusiya Avropa ilə vuruşur.
“Və sülhü qorumağın yeganə yolu güc və həmrəyliklə cavab verməkdir. Avropada böyük müharibənin qarşısını almağın ən yaxşı yolu Ukraynaya dəstəyi gücləndirməkdir. Əgər siz BMT Nizamnaməsinə riayət etməklə bizə bu müharibəni daha tez bitirməyimizə kömək etsəniz, Rusiya onu başqa ölkələrə yaymayacaq”, - deyə Sıbiqa əmin edib.
Nazir təsdiqləyib ki, Rusiyanın kütləvi hava hücumları ilə üzləşən Ukrayna öz hava hücumundan müdafiə sistemlərini Avropa ölkələrinin sistemləri ilə inteqrasiya etməyə hazırdır.
Qeyd edək ki, Estoniya sentyabrın 19-da Rusiyanın 3 MiQ qırıcısının Vayndlo adasına hücumundan sonra 34 ildə ilk dəfə BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Xatirə SADİQ