Hindistan Türkiyəni terrorda ittiham etdi
Hindistan mediası Türkiyəni terrorda ittiham edib.
SAVASHMEDİA.az xəbər verir ki, Hindistan dövləti 10 noyabrda paytaxt Dehlidəki prospektlərdən birində baş vermiş partlayışı terror aktı adlandırıb. Hindistan Nazirlər Kabineti yaydığı bəyanatda 12 nəfərin ölümü, 20-dən çox şəxsin yaralanmasına səbəb olan partlayışı “anti-Hind millətçiləri” ilə əlaqələndirib.
Hökumət heç bir ölkənin adını çəkməsə də Hindistan mətbuatında Türkiyəni qaralama kampaniyası başlayıb. Media iddia edir ki, partlayışı törədən şəxslər Türkiyəyə səfər ediblər və terror aktını orada planlayıblar. Saxlanılan şübhəlilər isə Ankarada terror aktına dəstək verən bir şəxslə daimi əlaqədə olublar.
"Türkiyə bir neçə ildir ki, Kəşmirdəki separatçı terror hərəkatını dəstəkləyir. Həmçinin, Sindoor əməliyyatı zamanı (7 may hücumları) Pakistana yardım da edib" – xəbərdə qeyd olunub.
Türkiyə hökuməti bu iddiaları rədd edib. Prezident yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin verdiyi yazılı açıqlamada bildirilib ki, bu xəbərlər iki ölkə arasındakı münasibətlərə xələl gətirməyə yönəlmiş zərərli dezinformasiya kampaniyasının bir hissəsidir.
Banu