Azərbaycanda silah zavodunda partlayış - Ölən var

Bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib.

Nov 14, 2025 - 15:38
Azərbaycanda silah zavodunda partlayış - Ölən var

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Oğuz