Türk ordusuna hücum oldu, çox sayda yaralı var

İraqda Türkiyə Silahlı Qüvvələrinin beşinci komando taboruna pilotsuz uçuş aparatları vasitəsilə hücum olub, 10 hərbçi yaralanıb.

Jun 28, 2025 - 23:32
Türk ordusuna hücum oldu, çox sayda yaralı var

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat Şamil Tayvar deyib.

O bildirib ki, hücumun PKK terror təşkilatının təşkil etdiyi ehtimal olunur.

Onun sözlərin görə, yaralananlar arasında zabitlər də var və hərbçilər xəstəxanaya yerləşdiriliblər.