Overçukun Azərbaycan səfəri ləğv olundu - Yekaterinburq olayına gorə

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ayın sonuna ölkəmizə nəzərdə tutulan səfəri ləğv olunub.

Jun 28, 2025 - 23:05
Overçukun Azərbaycan səfəri ləğv olundu - Yekaterinburq olayına gorə

SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı həyata keçirdiyi əməliyyat və həmyerlilərimizin qəddarlıqla qətlə yetirilməsidir.

Azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmür.