Cümşüd bu məşhur şirkətin əməkdaşı imiş - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün meyiti tapılıb.

Jun 28, 2025 - 22:36
Jun 28, 2025 - 22:46
Cümşüd bu məşhur şirkətin əməkdaşı imiş - AÇIQLAMA

SAVASHMEDİA.az-ın məlumatına görə, evin tək övladı olan C. Cümşüdlü "Sab Azərbaycan"nın əməkdaşı olub.

"Sab Azərbaycan"ın baş vermiş faciə ilə bağlı açıqlamasını təqdim edirik:

"Dərin hüznlə bildiririk ki, əməkdaşımız Cümşüd Cümşüdlü faciəvi şəkildə vəfat etmişdir. Onun vaxtsız itkisi bizi dərindən sarsıtdı. Hər zaman səmimiyyəti, məsuliyyəti və insanlığı ilə seçilən Cümşüd yaddaşımızda daim yaşayacaq. Ailəsinə, yaxınlarına və bütün kollektivimizə səbr və qüvvət diləyirik. Allah rəhmət eləsin, ruhu şad olsun". (metbuat)