Lukaşenko oğlunu yerinə hazırlamır - "Xeyr, o, varis deyil"

Belarus prezidenti Aleksandr Lukaşenko kiçik oğlu Nikolayın prezident postuna varis etmək planı ilə bağlı xəbəri təkzib edib. 

Aug 8, 2025 - 16:57
Lukaşenko oğlunu yerinə hazırlamır - "Xeyr, o, varis deyil"

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə “Time” nəşrinin müxbiri Saymon Şusterə müsahibəsində bildirib.

“Xeyr, o, varis deyil. Mən elə bilirdim ki, sən soruşmaq istəyirsən. Yox, yox, yox. Bax, sən ondan soruş - bununla onu çox güclü şəkildə incidə bilərsən”, - deyə Lukaşenko vurğulayıb. 

Prezident istisna etməyib ki, Belarusun növbəti rəhbəri fərqli siyasət apara bilər. Lakin o, inqilabi deyil, təkamül xarakterli dəyişikliklərə çağırıb: “Əgər o, cəmiyyəti inandırsa, Tanrı xatirinə, amma sərt təsirsiz”.

Lukaşenkodan yenidən namizəd olmaq planları barədə suala belə cavab verib: "Xeyr, mən indi bunu planlaşdırmıram". 

Xatirə SADİQ