"Rusiya daha heç vaxt Ukraynaya hücum etməz, əgər..." - Lukaşenko 

“Əgər Rusiya və Ukrayna danışıqları uğurla apara bilsələr və hər iki tərəf bir-birinə güzəştə getməyə razı olsalar, onlar bir daha heç vaxt döyüşməyəcəklər”.

Aug 8, 2025 - 16:48
"Rusiya daha heç vaxt Ukraynaya hücum etməz, əgər..." - Lukaşenko 

SAVASHMEDİA.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Time”  qəzetinin müxbiri Saymon Şusterə müsahibəsində bildirib. Müsahibənin mətn variantı Belarus prezidentinin saytında dərc olunub.

“Əgər danışıqlar aparmaq və Rusiyaya güzəştə getmək ağlabatandırsa, Rusiya isə Ukraynaya güzəştə gedirsə (bu məsələləri müəyyənləşdirmək və qarşılıqlı güzəştə getmək lazımdır), Rusiya Ukrayna ilə bir daha heç vaxt döyüşməyəcək. Heç vaxt”, - deyə Lukaşenko vurğulayıb. 

Lukaşenkonun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin, məsələn, hava atəşkəsi ilə razılaşa bilər, lakin Ukrayna da bu addımı eyni zamanda atmalıdır. 

“Üçünüz haradasa bir yerə toplaşın. Tramp, Putin — birinci gün razılaşın və Zelenskini dəvət edin. Birinci gün Rusiya-Amerika münasibətləri, ikinci gün isə bu problem haqqında danışın. Zelenskini dəvət edin, masaya qoyun: budur hava atəşkəsi”, - deyə Belarus prezidenti əlavə edib. 

O, xatırladıb ki, Minskdəki ilk görüşlərdə ABŞ nümayəndələrinin danışıqlar prosesinə cəlb olunmasının zəruriliyindən danışıb: “Əks-halda heç bir mənası olmayacaq”. 

Bununla belə, nə Donald Trampın ilk prezidentlik dövründə, nə də bu vəzifədə onu əvəz edən Co Bayden heç vaxt danışıqlara qoşulmayıb. 

Lukaşenko Amerika tərəfinin indiki yanaşmasını da “ultimatiz” və “yersiz” hesab edir.

Xatirə SADİQ