Məşhur aktyor qətlə yetirildi – Qıza görə... + FOTOLAR
Amerikalı aktyor Adam Turk qətlə yetirilib.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə Virciniya ştatının Riçmond şəhərində baş verib.
İtini gəzməyə çıxaran Adam Turk yolda bir gəncin sevgilisi ilə dalaşdığını görüb. Tanınmış aktyor qızı qorumaq və davanı bitirmək üçün müdaxilə edib.
Bu zaman gənc çantasından çıxardığı silahla A.Turka atəş açıb. Hadisə yerinə polis və tibbi personal gəlib.
Lakin 35 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb. Turkun ölümü incəsənət aləmini yasa boğub.
Dostları onun peşəkar aktyor olması ilə yanaşı, xeyriyyəçiliyinə də diqqət çəkiblər. Aktyorun orqanları öz istəyinə uyğun olaraq transplantasiya gözləyən şəxslərə köçürüləcək.
Banu
Fotolarda Adam Turk