"Vay, Avropa kənarda qaldı” - Viktor Orban
“Avropa İttifaqının (Aİ) aparıcı ölkələrinin liderləri Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün Avropanın diplomatik səylərdə iştirakını təmin etmək məqsədilə Kreml rəhbəri ilə görüşməlidir”.
SAVASHMEDİA.az 444.hu portalına istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban iddia edib.
Orban hesab edir ki, Aİ-nin Vladimir Putinlə əlaqə saxlamaq istəməməsi problemdir. O, qeyd edib ki, Aİ-nin “yatmasından” məmnun deyil.
Onun fikrincə, Almaniya kansleri Fridrix Merts və Fransa prezidenti Emmanuel Makron Putinlə danışıqlar üçün Moskvaya getməli, ya da hansısa neytral ölkədə danışıqlara təşəbbüs göstərməlidirlər.
Baş nazir qeyd edib ki, əks-halda potensial sülh sazişi faktiki olaraq avropalıların iştirakı olmadan baş tuta bilər.
O, əlavə edib ki, Avropa liderləri ilə Putin arasında hansısa görüşün Trampla görüşdən əvvəl, ya da heç olmasa ondan sonra keçirilməsi zəruridir.
Orbanın sözlərinə görə, Aİ incimiş uşaq kimi evdə oturmamalıdır: “Əgər problem varsa, danışıqlar aparılmalıdır”.
Xatirə SADİQ