Fransa daşı ətəyindən tökdü – Ukraynaya qırıcılar verilir
Fransa gələn il “Mirage 2000” qırıcılarını Ukraynaya təhvil verməyə hazırlaşır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Sud Ouest” nəşrinə müsahibəsində Fransanın müdafiə naziri Sebastyen Lekornü bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin birinci rübündə qırıcıların Ukraynaya çatdırılması planlaşdırılır. “Onlar hava, quru döyüşləri və elektron müharibə üçün yeni avadanlıqlarla təchiz olunacaq”, - deyə nazir vurğulayıb.
O, nəzərə çatdırıb ki, hazırda ukraynalı pilot və mexaniklərin təlimi davam edir.
Xatırladaq ki, iyun ayında Fransa prezidenti Emmanuel Makron Kiyevlə “yeni əməkdaşlıq” çərçivəsində bir neçə “Mirage 2000-5” qırıcı təyyarəsinin Ukraynaya təhvil verildiyini və 4500 Ukrayna hərbçisinin təlim keçdiyini açıqlamışdı. O, həmçinin bildirmişdi ki, “Mirage 2000-5” qırıcıları üçün ukraynalı pilotlar və mexaniklər Fransada təhsil alacaqlar.
Xatirə SADİQ