Afrikanın bu ölkəsində öpüşmək qadağası – Virus yayılır

Qana Səhiyyə Xidməti “meymun çiçəyi” xəstəliyinin yayılması səbəbindən insanları öpüşməkdən və cinsi əlaqədən çəkinməyə çağırıb. 

Oct 8, 2024 - 13:47
Afrikanın bu ölkəsində öpüşmək qadağası – Virus yayılır

SAVASHMEDİA.az xəbər verir ki, bu məlumatı “Modern Ghana” nəşri yayıb. 

Bildirilib ki, Qananın onlarla dairəsində ümumilikdə 230 meymun çiçəyinə yoluxma hadisəsi aşkar edilib.

Səhiyyə xidmətinin məlumatına görə, xəstəlik yaxın bədən təması zamanı da keçə bilər.

"Buna görə də çiçək xəstəliyindən şübhəli insanlarla öpüşmək və dəri ilə təmasda olan cinsi əlaqədən çəkinmək tövsiyə olunur", - deyə səhiyyə xidmətinin direktoru Franklin Asiyedu-Bekoe bildirib.

“Meymun çiçəyi” xəstəliyi Konqo Demokratik Respublikasında və Mərkəzi Afrikanın bir sıra digər ölkələrində sürətlə yayılmağa başlayıb. Daşıyıcının ya meymun, ya da gəmirici ola biləcəyi iddia edilir. Virus insandan insana keçməyi də öyrənib. ÜST-ün məlumatına görə, spermada “meymun çiçəyi” virusu aşkarlanıb.

Xatirə SADİQ