"Düzünü desəm, mən Lavrovu başa düşmədim. O, nə demək istəyirdi?" - Zelenski 

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın xarici işlər naziri Sergey Lavrovun məntiqini anlamadığını deyib.  

Aug 22, 2025 - 19:18
"Düzünü desəm, mən Lavrovu başa düşmədim. O, nə demək istəyirdi?" - Zelenski 

SAVASHMEDİA.az xəbər verir ki, o, bunu Larvovun "Rusiyanın da təhlükəsizlik təminatına ehtiyacı var" bəyanatını şərh edərkən bildirib.

“Maraqlıdır, Rusiyanı kim təhdid edir? Bəli, gələcəkdə Rusiyanın mümkün hücumlarını istisna etmək üçün Ukraynaya təhlükəsizlik zəmanəti lazımdır. Belə ki, siz və mən, övladlarımız və nəvələrimiz aydın şəkildə bilməlidirlər ki, Rusiya bizə hücum etməyəcək. Bu, Ukraynanın təhlükəsizliyi, suverenliyi, ərazi bütövlüyü naminə lazımdır. Amma Rusiya təhlükəsizlik təminatları istəyəndə, düzünü desəm, onları kimin təhdid etdiyi mənə də maraqlıdır. Mən başa düşə bilmirəm ki, Lavrovun bu aqressivliyinə nə ehtiyac var", - Zelenski əlavə edib.

Bundan əlavə, Ukrayna lideri Rusiyanın müharibəni bitirmək istəmədiyi, əksinə, müharibənin başa çatmasını gecikdirmək üçün ultimatumlar vermək istədiyini ifadə edib.

Səlcuq