"Dövlət Bağçalı düymə ilə idarə olunur" - CHP sədri
CHP sədri Özgür Özəl PKK-nın özünü buraxması və Lozanna müqaviləsi ilə bağlı açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, CHP sədri sülhün əldə olunmasını, terrorsuz Türkiyəni dəstəklədiklərini bildirib və sülh prosesinin heç kimi kənarda qoymamaqla TBMM-də müzakirə edilməsinin vacib olduğunu qeyd edib:
“Bunun üçün komissiya yaradılmalıdır. Komissiyaya şəhid ailələri, müxalifət partiyaları da daxil edilməlidir. TBMM sədrini də bununla bağlı təşəbbüs göstərməyə çağırıram”.
CHP sədri yeni konstitusiya çalışmalarına başlanmasına da qarşı çıxıb:
“Mövcud konstitusiyaya əməl etməyənlə konstitusiya hazırlanmaz. Bizə rəğmən bu prosesi başlada bilməzlər. Biz buradayıq. Biz həm sülhün qarantıyıq, həm də Türkiyənin bölünməz bütövlüyünün”.
Özəl Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı haqqında da sərt danışıb:
“Bir yerlərdə qərarlar verilib, dərin dövlət var, düyməni sıxıblar, Dövlət bəy nə desə dövlət onu edir başlığı ilə mətbuatda yazılar gedir. Mən kiminsə düyməni sıxması ilə 180 dərəcə dəyişəcək siyasətçi deyiləm. Kiminsə düyməsi ilə hərəkət etməkdənsə siyasətdən gedərəm, hər şeydən əlimi çəkərəm, amma doğru bildiyimdən dönmərəm. Biz əmrlə idarə edilən, düyməni basmaqla 180 dərəcə dönən siyasətçilərdən deyilik, amma Dövlət Bağçalı elə siyasətçidir”.
Banu