Mansur Yavaş referendum tələb etdi
Ankara Böyükşəhər Bələdiyyə başqanı Mansur Yavaş terror təşkilatı PKK-nın tərksilah və buraxma qərarına münasibətini açıqlayıb.
SAVASHMEDİA.az bu barədə Türkiyənin “Sözçü” nəşrinə istinadən xəbər verir.
“Əlbəttə, Terrorsuz Türkiyə hamımızın özləmi və məqsədidir. Bununla belə, Türkiyə Cümhuriyyəti Dövlətini terror təşkiları üzvləri ilə bazarlıq etdirmək nöqtəsinə gətirəcək istənilən cəhdə, Türkiyə Cümhuriyyəti vətəndaşlarını narahat edəcək və ya üzəcək istənilən güzəştə yol vermək olmaz və yol verilməməlidir”, - deyə Mansur Yavaş vurğulayıb.
Onun sözlərinə görə, ölkə başda olmaqla Türkiyə Silahlı Qüvvələrinin illərdir davam etdirdiyi qətiyyətli mübarizə nəticəsində terror təşkilatı PKK silahlarını yerə qoymaq və təşkilatı ləğv etmək qərarına gəlib. “Ölkəmizin terrora və terror təşkilatlarına heç bir möhlət verməyən siyasətlərinin nəticəsi kimi qiymətləndirdiyimiz mövcud vəziyyətə qarşı çıxmağımız mümkün deyil”, - deyə Ankara Böyükçşəhər Bələdiyyə başqanı diqqətə çatdırıb.
Yavaş hesab edir ki, Türkiyə Cümhuriyyəti prosesi şəffaf şəkildə, qanunlara, konstitusiya quruluşuna uyğun şəkildə həyata keçirməlidir və referendum olmalıdır: “Bu prosesin yeganə ünvanı Türkiyə Böyük Millət Məclisidir. Səlahiyyət, nəzarət və iradə ancaq millətin təmsil olunduğu bu dam altında formalaşmalıdır. Əgər tənzimləmələr etmək lazımdırsa, referendum keçirilməlidir ki, ictimaiyyət qərar versin”.
O, xatırladıb ki, Türkiyə minlərlə şəhidlə bu nöqtəyə gəlib çatıb: “Heç bir halda onların ruhlarını və bizə əmanət olunan ailələri üzə bilmərik”.
Bundan başqa, Mansir Yavaş qeyd edib ki, Lozanna müqaviləsi Qazi Mustafa Kamal Atatürkün liderliyi ilə qazanılan vətənə mülkiyyət hüququ haqqında sənəddir: “Bu torpaqlarda bir yerdə yaşamağın təminatıdır. Heç bir halda bu fakt şübhə altına alına bilməz”.
Xatirə SADIQ