Polis zoru ilə CHP binasına yaxınlaşan Gürsel Tekini vurdular - ANBAAN VİDEO

Məhkəmə qərarı ilə CHP-nin bölgə sədrliyinə müvəqqəti başqan (qəyyum) təyin olunan Gürsel Tekin sədrliyin inzibati binasına gəlib.

Sep 8, 2025 - 15:50
Sep 8, 2025 - 15:54
Polis zoru ilə CHP binasına yaxınlaşan Gürsel Tekini vurdular - ANBAAN VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, G.Tekin sərt etirazlarla qarşılanıb, hətta onun başına su şüşəsi ilə vurulub. Tekin silahla da vursalar, yollarından dönməyəcəklərini qeyd edib.

Müvəqqəti sədr yüzlərlə polisin əhatəsində açıqlamalar verib. O bildirib ki, qəyyum deyil, CHP-lidir:

“Narahat olmayın, bütün suallara cavab veriləcək. Biz problem yaradan deyilik, narahatlığa heç bir əsas yoxdur. Qəyyum deyilik. CHP-lilər mənə etiraz etməzlər. Bu etiraz edənlərin heç biri CHP-li deyil. Tərəfsiz olmağımıza heç kimin şübhəsi olmasın. Etdiklərimiz edəcəklərimizin təminatıdır. Partiya yoldaşlarımızın heç birini də bir- birindən ayırmamışıq. Bölgə sədrliyi bizim ata ocağımızıdr. 7 gün əvvəl də girə bilərdik. Ancaq məcbur heç nə etmədik. Partiyadaşlarımızla təmasdayıq. Ailələrimizə qədər təhdid edirlər. İstəyimiz provakasiya yaratmaq deyil. Bəziləri CHP-ni bölmək istəyir. Zorla heç nə olmayacaq. Sabah bölgə sədrimiz Özgür Çelik və sədrimiz Özgür Özəl nə istəyirsə, o olacaq. Mən qərar çıxan ilk gündən Özgür Özələ görüşmək istədiyimi bildirmişdim. “Satıldı” deyirlər, bizim dəyərlərimiz pul deyil. Qəyyum deyirlər, biz qəyyum deyilik, CHP-liyik. Qəyyum bələdiyyələrimizə təyin olunanlardır”.

Binaya girmədən avtomobilinə əyləşən Tekin gecə yaşanan hadisələrlə bağlı da narahatlığını dilə gətirib:
“Polislə partiya rəhbərliyimiz arasındakı qarşıdurma üzücüdür. Ancaq bizlə əlaqəsi yoxdur. Gecə Daxili İşlər Nazirliyinə zəng edərək məsələ ilə bağlı həssaslığımızı da bildirdik”.

Gürsel Tekin bildirib ki, bir neçə görüşdən sonra yenidən bölgə sədrliyinə gedəcək:

“Yeddi gün bu problemlərin yaşanmaması üçün heç bir şərtsiz, səbirlə gözlədik, lakin heç bir şey bizi əngəlləyə bilməyəcək. Partiya rəhbərliyimiz gərginliyi azaltsın. Davaya girməmişik, məhkəməyə də verməyəcəyik”.

Banu 

Посмотреть эту публикацию в Instagram

Публикация от Baroot (@barootist)